Ana içeriğe atla

Keçmişə məktub 2ci hissə

     Osman çox sevinirdi çünki həyatının ilk addımlarını atır və sevdiyi peşənin ilk pilləsinə ayaq qoyurdu. O bu sevincini evdəkilərlə paylaşdı. 
     Nənə, ana !!! Mən hərbi liseyə qəbul oldum.
      Nənəsi və anası sevincək Osmanı təbrik etdi.
       Az sonra yenə telefon  zəng çalıdı. Bu dəfə Osmanın bibiləri idi. Onlara da bu şad xəbər verildi və onlarda Osmanı təbrik etdilər.
      Artıq zaman keçmişdi Osmanın liseyə getmə vaxtı yetişdi. Səhər tezdən anası onu yuxudan oyatdı.
     Osman   Osman   qalx artıq səhər açılır liseyə getməliyik.
     Hə saat neçədir yubanmamışıqki?
  Yox hələ vaxta var dur yeməyini ye hazırlaş gedək. Osman necə yatdım.?
      Ehhh ana sevincimdən yata bilmişəm ki? Səhərə qədər yerimin içində sağa-sola fırlanıb xəyallar qurmuşam. Hərbi forma əynimdə, Azərbaycan bayrağı əlimdə Qarabağı gəzmişəm bütün gecəni.
      İnşallah Osman inşallah sən qurtarana kimi müharibədə qurtarar səndə dediyin kimi rahat gəzərkən Qarabağda.
       Nə? Elə şey olar məndə müharibədə iştirak etməsəm ana bacılarımızın qifasını almasam getdiyim forma mənə halal olar?
      Yaxşı yaxşı ay bala dur dur hazırlaş. 
      Eh bu uşaqlar bilminlərlə ki müharibə fəlakətdir, itgidir, anaların göz yaşıdır.  Ehhhh..... Allah hamınızı qorusun.

Yorumlar

Bu blogdaki popüler yayınlar

Keçmişə Məktub

   Yay ayları idi. Osman yoldaşları ilə futbol oynayırdı. Birdən ev telefonu zəng çaldı. Osman küçədən telefonun səsini eşidib evə qaçdı. Axı o həmin zəngi artıq iki ay idi ki gözləyirdi. Çünki hələ on dörd yaşında olan Osman artıq özünə bir yol seçmiş, gələcəyi ilə əlaqədar bir qərar verib Vətəni qorumağı özünə şərəfli bir yol seçərək Cəmşid Naxçıvanski adına hərbi liseyə imtahan vermişdi və həmin imtahanın nəticəsi ilə əlaqədar zəng gözləyirdi. Beləliklə Osman özünü telefona yetirdi və  " Alo" dedi.   "Alo salam Osman Abbasgildi? "    "Bəli" Osman dedi.   Osman siz imtahanlardan uğurla keçmisiniz təbrik edirəm. Avqust ayının on beşi Naxcıvanski adına hərbi liseyə gəlməlisiniz.       Oldu. Deyib telefonu yerə qoyan kimi çığırdı Osman     Uraaaaaaa